2020-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 8184,2 milyon manat olub.
Fins.az xəbər verir Bakı şəhər Statistika İdarəsi məlumat yayımlayıb
Məlumata görə,2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 8184,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3863,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz azalaraq 4320,9 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.