Sənaye parklarında yeni müəssisələrin açılması istiqamətində, hazırda təxminən 150-200 milyon dollar arası toplam kapital sərmayəsi olan layihələrin başlanılması üçün danışıqlar yekunlaşmaq üzrədir.
Fins.az xəbər verir ki, bunu press brifinqdə çıxış edərkən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, burada söhbət bir neçə layihədən gedir ki, çox güman bu ilin sentyabr ayında Sumqayıt Kimya Sənaye Parkının ərzində yeni nəsil layihələrin təqdimatı üçün ilkin işlər həyata keçiriləcək.
"Mən ölkə sahibkarlarını bir daha dəvət edirəm ki, onlar ölkədə istər sənaye parklarında, harda ki xüsusi vergi gömrük güzəştləri muvcuddur, istər ölkəmizin digər bölgələrində sərmayələrin həyata keçirilməsi üçün addımlar atsınlar",- deyə nazir qeyd edib.