2020-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 19,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Fins.az xəbər verir ki, bu barədəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdi “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında məlumat verilib.
Məlumata görə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır.. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.
Qeyd olunur ki, “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, ABŞ, Fransa, Malayziya və BƏƏ-dir.