Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin birgə yayımladığı məlumata görə, 2020-ci ilin may ayında ixracat bir əvvəlki ilin eyni ayına görə 40,9% azalaraq 9 milyard 967 milyon dollar olub. Sözügedən dövrdə idxal isə 27,8% azalaraq 13 milyard 387 milyon dollar təşkil edib.
Fins.az "bloombergə-ə istinadən xəbər verir ki, yanvar-may ayları ərzində ixrac 19,7%, idxal 5,2% azalıb
Məlumata görə, ümumi ticarət sisteminə görə, ixracat, 2020-ci ilin yanvar-mayayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% azalaraq 61 milyard 586 milyon dollar, idxal isə 5,2% azalaraq 82 milyard 591 milyon dollar olub.
Qeyd edək ki, may ayında xarici ticarət kəsiri də 102,7% artıb.
Müəllif:Aynur Qəniyeva