BİZNES

30 İyun

Plastmas və onlardan hazırlanan məmulatların idxalı azalıb

Bu ilin 5 ayında ölkəyə 81,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən məhsulun dəyəri 139,5 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin eyni dövründə dəyəri 149 milyon dollar olmaqla 82,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.