BİZNES

30 İyun

Sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq

Sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq.

Fins.az xəbər verir ki,bunu press brifinqdə çıxış edərkən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu ilk məhsul deyil ki onlayn formatda təqdim olunur. "Bu yaxınlarda ədvgerial platforması təqdim olunub. Gələcəkdə də müxtəlif onlayn platformalar təqdim olunacaq",- deyə nazir qeyd edib.

Növbəti aylarda  bu platforma vasitəsilə sahibkarlar kredit almaq üçün bir banka deyil iki banka müraciət edə biləcəklər..

Platforma e-edf.gov.az adlanacaq.

Müəllif:Aynur Qəniyeva