Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirilən dövlət obyektləri və müəssisələrinin, eləcə də dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndiricisini müəyyən edib. Bu barədə komitədən məlumat verilib.
"Dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, habelə özəlləşdirilən dövlət əmlakı və torpaqlarının qiymətləndirilməsi üçün məsləhətçinin seçilməsini nəzərdə tutan tenderin qalibi “AzPrice” şirkəti olub", - deyə məlumatda bildirilir.
(c)İnterfaks-Azərbaycan