BİZNES

29 İyun

Milyonlarla manat vəsaitin istifadəsinə dair deputatdan - EFFEKTİV TƏKLİF

“Bu gün Milli Məclisin növbədənkənar iclasında “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan düzəlişlər də müzakirə olundu. Yeni dəyişikliklər təsdiq olunduqdan sonra QHT-lər qrant müqavilələrini qeydiyyat almaq üçün elektron müraciət etmək imkanı qazanacaqlar”.

Bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili plenar iclasda çıxışı zamanı xatırladıb ki, 2019-cu ildə 213 milyon manatlıq qrantın yalnız 4 milyon manatı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təklif edilib: “Ölkənin aparıcı vətəndaş cəmiyyəti qurumları da daha çox şuranın vəsaitlərinə müraciət edirlər. Praktik olaraq əksər aparıcı QHT-lərin digər dövlət qurumları tərəfindən ayrılan 209 milyon manata çıxış imkanları məhduddur”.

Deputat buna görə bütün dövlət qurumlarına ayrılan qrantların şura tərəfindən istifadəyə verilmiş Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasını tövsiyə edib: “Bütün dövlət qurumlarının qrantlarının SƏLİS vasitəsi ilə vahid idarəedilməsi qrantların verilməsinə nəzarətin mərkəzləşdirilməsinə və güclənməsinə, şəffaflığın artmasına, hesabatlılığın gücləndirilməsinə, məlumatların elektron bölüşdürülməsinə imkan yarada bilər. SƏLİS vasitəsi ilə hətta müqavilələrin elektron bağlanmasının mümkün olduğunu nəzərə alsaq, bu eyni zamanda mövcud pandemiya şərtlərinə də uyğundur”

(c)Publika