Dövlət şirkətləri “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq səmərəlilik göstəricilərinin 2021-ci il üzrə illik proqnoz (hədəf) göstəricilərini avqust ayının 1-nə Maliyyə Naziriyinə təqdim etməlidir.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb
Məlumata görə, Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər səmərəlilik göstəricilərinin 2021-ci il üzrə illik proqnoz göstəricilərini razılaşdırılmaq üçün avqust ayının 1-nə qədərKomissiyanın Katibliyi funksiyasını həyata keçirən Maliyyə Naziriyinə təqdim etməlidir.
Nazirlər Kabinetinin qərarına əsasən, iri dövlət şirkətləri növbəti il üçün gəlirlər və xərclər smetalarının ilkin layihələrini iyulun 1-dək təqdim etməlidir. Komissiya layihələrin müzakirəsi və qiymətləndirilməsini həyata keçirməli və dəyişikliklərin edilməsinə zərurət yarandığı halda bu layihələri sentyabrın 15-dək şirkətlərə qaytarır. Smetalar noyabrın 1-dək təsdiqlənməlidir.