BİZNES

29 İyun

Zukerberq Trampın bu cümləsinə görə 7 milyard itirdi

Feysbukun sahibi Mark Zukerberqin ABŞ Prezidenti Donald Trampın şiddət məzmunlu paylaşımını silmədiyi üçün 7,2 milyard dollar itirdiyi üzə çıxıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ-da onlarla şirkət məhz Prezident Donald Trampın şiddət məzmunlu paylaşımını silmədiyi üçün Feysbukla reklam anlaşmasını dayandırıb. Bu da Zukerberqin 7,2 milyard dollar itirməsinə səbəb olub.

Qeyd edək ki, bir qədər əvvəl Mark Zukerberqin reklam boykotu səbəbindən ziyanla üzləşməsi haqda məlumat yayılıb. Bildirilib ki, bundan sonra Zukerberqin sərvəti 82,9 milyarda düşüb və "dünyanın ən varlı insanları" siyahısında 4-cü pilləyə enib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkədə baş verən etiraz aksiyaları zamanı "lazım gələrsə, atəş açacağıq" yazmışdı. Milyonlarla insan Feysbukun bu paylaşımı silməsini istəsə də, şirkət həmin cümlənin qaydalara zidd olmadığını bildirmişdi