Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, may ayında Bakıda bir sotun orta qiyməti 24,283 manat olub. Onun sözlərinə görə, ay ərzində topağın qiyməti 13.8 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 19.3 faiz təşkil edib.
Ekspert əlavə edib ki, qiymətlərdə bahalaşma mövsümi xarakter daşıyır: “Eyni zamanda təkliflərdə azalma var. Bakıda adambaşına düşən torpaq zaman-zaman azalır. Belə olan halda isə qiymət artımı qaçılmaz olur”
(c)trend