"Covid - 19" pandemiyası ilə əlaqədar tətbiq edən sosial məsafə qaydası səbəbindən müxtəlif xidmət və iaşə obyektlərində kreativ yeniliklər edilir.
Fransa paytaxtı Parisin küçələrindəki bəzi kafelərdə insanların sıx əyləşməməsi üçün iri oyuncaqlardan istifadə edilir.
Belə ki, kafelərdə bəzi masalarda böyük ayı oyuncaqları qoyulur.
Bu yolla kafe sahibləri həm diqqət çəkməyə, həm də sosial məsafə tələbinə əməl etməyə nail olurlar.