BİZNES

28 İyun

Məşhur şirkətlər Facebook-da reklam yerləşdirməkdən imtina edirlər-SƏBƏB

Rakuten Viber şirkəti Facebook ilə olan əməkdaşlığını tamamilə dayandırdığını elan edib. ABŞ-da olan etirazların fonunda 6 sosial təşkilat şirkətləri Facebook-da reklamların yerləşdirilməsinin dayandırılmasına çağırıb. Onların fikirlərinə əsasən Facebook öz stifadəçilərini rasizm ilə bağlı şüarların yayılmasından qorumaq qabiliyyətinə sahib deyil. Viber düşünür ki, bu məsələ Cambridge Analytica da daxil olmaqla istifadəçi məlumatlarının sızdırılması ilə bağlı çoxlu sayda olmuş hadisələrdən sonra sonuncu səbr damcısı idi. Buna görə də Viber messenceri #StopHateForProfit hərəkatını dəstəkləyir və Facebook ilə əməkdaşlığını tamamilə dayandırır.

    Bu səbəbdən Rakuten Viber şirkəti öz platformasından Facebook Connect, Facebook SDK və GIPHY əlavələrini pozur. Bununla yanaşı Viber Facebook-dakı bütün reklam xərclərini dayandırır. Viber-in ardınca Verizon, Coca-Cola, Hershey və Unilever (dünyanın ən böyük reklam şirkətlərindən biri) kimi böyük şirkətlər də Facebook, Instagram və Twitter kimi platformalarda reklamların yerləşdirilməsini dayandırıblar. Unilever öz növbəsində qeyd edib ki, bu il üçün Facebook-dakı reklam xərclərini tamamilə dayandırır. Coca-Cola isə bildirib ki, minimum 30 gün müddətinə Facebook-dakı reklam xərclərini dayandıracaq.