İngilis poçt xidməti Royal Mail, 2 min adamın işdən çıxarılacağını bildirib
Royal Mail tərəfindən verilən açıqlamada, koronavirusun (Kovid-19) təsirləri səbəbindən şirkətin rəhbər vəzifələrində çalışan 2 min insanın işdən çıxarılacağı qeyd edilib.
Bəyanatda şirkətin pandemiyaya görə, tez-tez dəyişən şərtlərlə ayaqlaşa bilmədiyi vurğulanıb. Royal Mail-də hazırda 161 min nəfər işləyir, onlardan 9 min 700-ü ölkədə rəhbər vəzifələrdə çalışır. Ölkədəki son məlumatlara görə, karantin prosesində İngiltərə hökumətinin maaş dəstəyindən 9 milyon insan faydalanır.
Mütəxəssislər, iqtisadiyyatın bərpası ilə gözlənilən iqtisadi fəaliyyətə əməl edilmədiyi təqdirdə çox sayda insanın iş yerlərini itirə biləcəyi qənaətindədirlər. May ayının ilkin məlumatlarına görə, ölkədə 600 min insanın epidemiya səbəbiylə iş yerlərini itirdiyi açıqlanıb.
Essex Universitetinin Sosial İqtisadi Tədqiqatlar Birliyinin hesabatında, ölkədə baş verən epidemiyanın səbəb olduğu iqtisadi pisləşmə səbəbiylə 6,5 milyondan çox insanın iş yerlərini itirə biləcəyi ifadə edildi.
Müəllif:Aynur Qəniyeva