BİZNES

25 İyun

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və KOBIA-nın tərəfdaşlığı ilə konfrans 

 Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” adlı onlayn konfrans təşkil ediləcək 

Fins.az xəbər verir ki,tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə KOB-ları məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır.

Məlumata görə, konfransın açılış günü (30 iyun) KOBİA-nın sədri Orxan Məmmədov, Fransanın ölkəmizdəki səfiri Zacharie Gross, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Fracassetti, Medef International-ın direktor müavini Geraldine Lembe çıxış edərək KOB-ların fəaliyyətinə dəstəklə bağlı tədbir və proqramlar barədə məlumatlarla çıxış edəcək.

Növbəti iki gün ərzində - 1 -2 iyul tarixlərində CCIAF-in üzvü olan Baker Tilly, Deloitte, Ekvita, EY Azərbaycan və PwC Azərbaycan şirkətlərinin ekspertləri turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı istiqamətlərində KOB-lara özünü bərpa mexanizmləri, post-pandemiya dövrü üçün biznes sektorunun bərpası istiqamətində hazırladıqları proqramlarla bağlı seminarlar həyata keçirəcəklər. Seminarlar Azərbaycan dilində həyata keçiriləcək.

Müəllif:Aynur Qəniyeva