BİZNES

25 İyun

Azərbaycanın 5 ayda ən çox məhsul aldığı İƏT-ə üzv ölkələrin adları açıqlanıb

Azərbaycanın yanvar-may aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Türkmənistan qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Türkiyədən idxalın dəyəri 614 milyon 189 min ABŞ dolları, İrandan 116 milyon 321 min dollar, Türkmənistandan isə 48 milyon 901 min dollar təşkil edib.

Azərbaycan keçən ilin müvafiq dövrünə nisbətən Türkiyə və Türkmənistandan idxalı artırıb, İrandan isə azaldıb.