BİZNES

24 İyun

Amazon bu şirkətlərə yardım üçün investisiya fondu yaradacaq

Amazon şirkəti aşağı səviyyəli karbon qazı ifraz edən iqtisadiyyata keçid etməyə yardımçı olan texnologiyaları yaradan -Greentech şirkətlərə investisiya yatıracaq. Bunun üçün Amazon şirkəti 2 milyard dollar investisiya büdcəsinə sahib The Climate Pledge Fund adlı investisiya fondu yaradacaq.

Fins.az xəbər verir ki, bu barədə CNBC saytı xəbər verib. Sözügedən fond nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən Greentech şirkətləri dəstəkləyəcək.

Bu fond [email protected] mail ünvanına göndərilmiş layihələri nəzərdən keçirəcək. Qeyd etmək lazımdır ki, şirkət bütün dünyadan olan müxtəlif inkişaf mərhələli layihələri qəbul edir. Startap mərhələsindən tutmuş hazır biznes həllə kimi. “Hər bir potensial investisiya karbon qazsız iqtisadiyyata keçid sürəti və gələcək nəsillər üçün planetin ən yaxşı vəziyyətdə saxlanmasında yardımçı olmaq nöqteyi nəzərdən qiymətləndiriləcək” - deyə Amazon şirkətinin CEO-su Jeff Bezos bildirib.

Bu investisiya fondu Amazon şirkətinin iqlim dəyişikliyi ilə mübarizə proqramının bir hissəsidir. Şirkət 2040-cı ilə kimi özünün karbon qazı ifrazını sıfıra endirməyi söz verib. Bu ilin fevral ayında Jeff Bezos investisiya büdcəsi 10 milyard dollar təşkil etmiş Bezos Earth Fund adlı investisiya fondunun yaradıldığını elan etmişdi. Bu fond iqlim dəyişikliyi ilə mübarizə aparan alimlərin və təşkilatların layihələrini maliyyələşdirir. 2025-ci ilə kimi Amazon şirkəti alternativ enerji mənbələrinə keçid etməyi planlaşdırır.