BİZNES

24 İyun

Microsoft 5 il ərzində rəhbərlikdəki qaradərililərin sayını iki dəfə artıracaq

Microsoft beş il sonra korporasiyanın ABŞ-dakı rəhbərliyindəki qaradərililərin sayını iki dəfə artıracaq

Fins.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə bəyanat yayımlayıb 
Məlumata görə, şirkət həmçinin ənənəvi Afro-Amerikan əsilli  tələbələrin oxuduğu ali təhsil müəssisələrinə dəstəyini gücləndirəcək. Microsoft-un icraçı direktoru Satya Nadella çərşənbə axşamı ABŞ-dakı korporasiyanın rəhbərliyindəki qaraların sayının artırılması da daxil olmaqla irqi ayrıseçkiliklə mübarizə üçün bir sıra tədbirlər həyata keçiriləcəyini elan edib. Müvafiq bəyanat şirkətin saytında dərc edilib. 

Nadellanın sözlərinə görə, 2025-ci ilə qədər Microsoft-da qaradərili işçilər, yüksək səviyyəli idarəçilər, habelə rəhbər işçilərin sayı iki dəfə artırılacaq. Orta səviyyəli kadrlarla əlaqəli afroamerikalılar arasında liderlik bacarıqlarını inkişaf etdirmək üçün onları daha da yüksək səviyyədə hazırlamaq məqsədi ilə xüsusi proqramlar təşkil ediləcək. Bununla yanaşı, göstərilən müddətdə şirkət, şagirdlərinin əksəriyyəti qaradərili olan məktəblərdə kompüter elminin tədrisi üçün könüllü proqramlarını genişləndirəcək və eyni zamanda afro-amerikalıların ənənəvi olaraq təhsil aldıqları ali təhsil müəssisələrinə dəstəyi də artıracaq.

Bundan əlavə, üç il ərzində Microsoft, qaradərililərin sahibi olan şirkətlərin sayını və bu azlığın üzvlərinə məxsus bank qurumlarında aparılan əməliyyatların faizini ikiqat artıracaq.

Qeyd edək ki, ötən həftə Amerikanın Facebook korporasiyası, irqçiliyə qarşı mübarizə tədbirlərini elan edərək, beş il içində rəhbərlikdəki qara rənglərin nisbətini 30% artıracağını vəd edib.

Müəllif:Aynur Qəniyeva