Finlandiya enerji şirkətinin keçmiş rəhbəri Fortum Pekka Lundmark avqust ayında Nokia telekommunikasiya şirkətinin icraçı direktoru vəzifəsini icra edəcək. Bu barədə çərşənbə günü Nokia tərəfindən elan edilib.
Fins.az TASS-a istinadən xəbər verir ki, Finlandiya enerji şirkətinin keçmiş rəhbəri Fortum Pekka Lundmark avqust ayında Nokia telekommunikasiya şirkətinin icraçı direktoru vəzifəsini icra edəcək. Bu barədə çərşənbə günü Nokia tərəfindən açıqlama yayımlanıb.
Məlumata görə, Pekka Lundmark, əvvəlcədən məlumat verilən vaxtdan bir ay əvvəl, 1 avqustda Nokia-nın baş direktoru olaraq işə başlayacaq. Hazırkı Nokia rəhbəri Rajiv Suri iyulun 31-də vəzifəsindən ayrılacaq və 2021-ci il yanvarın 1-dək Nokia idarə heyətinin müşaviri kimi işləməyə davam edəcək..
Əvvəllər Lundmarkın Nokia-ya yalnız sentyabr ayında keçəcəyi güman edilirdi. Bununla birlikdə, Fortum 1 iyun tarixində yeni bir lider təyin edəcəyi üçün Lundmark bir ay əvvəl Nokia-da işə başlayacaq.
Qeyd edək ki, Nokia mobil, sabit, genişzolaqlı və IP şəbəkələri üçün telekommunikasiya avadanlıqları istehsal edir. Səhmləri Frankfurt, New York və Helsinki birjalarında yerləşdirilib.
Müəllif: Aynur Qəniyeva
