BİZNES

23 phrase_var_core.june

“Baku Crystal Hall”un xalis mənfəəti 3,5 dəfə artıb

2019-cu ilin yekunları üzrə "Baku Crystal Hall" MMC-nin xalis mənfəəti 7 min 599,92 manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.

Cəmiyyətin dərc olunmuş maliyyə hesabatına əsasən, 2019-cu ildə onun əməliyyat gəlirləri 3 milyon 294 min 925,7 manat (azalma 30,5%), əməliyyat xərcləri 3 milyon 285 min 425,8 manat (azalma 30,7%) təşkil edib.

Ötən il "Baku Crystal Hall" MMC-nin əməliyyat mənfəəti 9 min 499,9 manat, mənfəət vergisi üzrə ödənişləri 1 min 899,98 manat məbləğində olub.

Hesabat ilində cəmiyyətin aktivləri 0,02% - 174 milyon 289 min 959,77 manatadək azalıb, qısamüddətli aktivləri 4 milyon 604 min 731,38 manat, uzunmüddətli aktivləri 169 milyon 685 min 228,39 manat təşkil edib.

2019-cu ilin sonuna cəmiyyətin öhdəlikləri 99 min 811,49 manat (artım 37,6%) məbləğində qiymətləndirilir.

1 yanvar 2020-ci il tarixinə "Baku Crystal Hall" MMC-nin kapitalı 174 milyon 190 min 148,28 manata (azalma 0,04%), nizamnamə kapitalı 191 milyon 567 min 449,92 manata (dəyişməyib), yığılmış zərəri 17 milyon 377 min 301,64 manata (artım 0,4%) bərabər olub.

Baku Crystal Hall - çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleks geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulub.

“Baku Crystal Hall” “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilib