2020-ci ilin yanvar-may aylarında 155 milyon 506 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb
Fins.az Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinin yayımladığı məlumata istinadən xəbər verir ki, ixracın dəyəri 128 milyon 159 min 400 ABŞ dolları təşkil edib.
Məlumata görə,Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış ixracın dəyərində 100 milyon 812 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Müəllif:Aynur Qəniyeva
