BİZNES

20 İyun

ABŞ pakistanlı biznesmeni Hindistana verməyə hazırlaşır

Pakistan əsilli amerikalı biznesmen Tahavvur Hüseyn Rana Los-Ancelesdə həbs edilib.

Bu barədə məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Rana Hindistanın sorğusu əsasında saxlanılıb. Onun terror təşkilatına dəstək verməkdə ittiham edildiyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Rana 2008-ci ildə Mumbay terror aktını təşkil edən qruplaşma ilə əlaqədə ittiham edilib.