BİZNES

19 İyun

Saxta ƏDV-nin qaytarılması saytı ilə fişinq hücumu təşkil olunub

Azərbaycanda daha bir fişinq dələduzluğu ilə bağlı fakt qeydə alınıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yaydığı məlumata görə, dələduzlar fişinq hücumu təşkil etmək məqsədilə ƏDV-nin qaytarılması sisteminin (edvgerial.az) müvəkkil bankı olan "Kapital Bank"ın "BirBank" mobil tətbiqini hədəfə alıb. Fişinq hücumu saxta – edvgerial.com sayt üzərindən təşkil olunub.

"Belə fişinq hücumlarının qurbanı olmamaq üçün internet resursların ünvanlarına diqqət yetirmək vacibdir", - Mərkəzin məlumatında deyilir.

©️ APA