BİZNES

19 İyun

Azərbayacana fiziki şəxslər tərəfindən idxal 15% artıb

Bu ilin yanvar-may ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri 374 474,58 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 9%-ni əhatə edib.

Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 25 174,8 min dollar olub ki, bu da cəmi ixracın 0,36%-i deməkdir. Məlumata əsasən, fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% artıb, ixrac isə 0,5% artıb.