Telegram messencerinin qurucusu Pavel Durov Apple və Google şirkətlərini mobil telefonları üçün rəqəmsal məhsulların satışındakı yüksək vergilərə görə tənqid edib.
Fins.az "TASS"-a istinadən xəbər verir ki, "Apple və Google, dünyanın hər bir mobil telefonunda satılan bütün rəqəmsal məhsullara 30% satış vergisi alır. Nəticədə istifadəçilər daha çox ödəyirlər,bu üsulla demək olar ki, startaplar və bu kimi innovativ sahələr məhv edilir və ya ümumiyyətlə görünmür. Tənzimləyicilər bu absurd vəziyyəti artıq 10 ildir nəzər almırlar ”deyə Durov cümə axşamı öz Twitter səhifəsində yazıb.
"Apple bazarda inhisar mövqeyindən sui-istifadə edir" deyən Durov probleminin həlli üçün istifadəçilərə tətbiqləri birbaşa və ya alternativ vasitələr təklif edən mağazalar vasitəsilə quraşdırmağı təklif edib. O "Yalnız tətbiqlərin masaüstü kompyuter versiyalarnı kopyalayın" deyə qeyd edib
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının (EC) mətbuat xidməti Apple şirkəti ilə bağlı iki araşdırmanın başlandığını elan etmişdi. EC şirkətin Apple Pay sistemində və App Store-da AB rəqabət qaydalarını pozduğunu müəyyənləşdirmək niyyətindədir. İstintaq, xüsusən Apple tətbiqetmələrində öz alış-veriş sistemlərinin məcburi istifadəsi və iPhone və iPad istifadəçilərinə alternativ, daha ucuz bir alış-veriş etmək barədə məlumat vermək imkanlarına dair məhdudiyyətlərə aiddir. Çərşənbə günü Rusiya Federal Antiinhisar Xidməti, Avropa Birliyinin Apple-dakı araşdırmaları ilə əlaqədar olaraq Avropa təcrübəsini öyrənməyi planlaşdırdığını açıqlayıb.
Müəllif:Aynur Qəniyeva
