BİZNES

18 İyun

Tramp admintrasiyasından texnologiya şirkətlərinə ZƏRBƏ 

Trump admintrasiyası ABŞ texnologiya şirkətlərini qoruyan rabitə qanununa dəyişiklik təklif edir

Fins.az-ın Reuters-a istinadən verdiyi məlumata görə,  ABŞ Ədliyyə Nazirliyi çərşənbə günü Konqresin Google və Facebook kimi böyük texnologiya şirkətləri üçün qoruyucu tədbirlərin ləğvi ilə bağlı qanunvericilik işlərinə başlayacağını təklif etdib.

ABŞ prezidenti Donald Trump, texnologiya nəhənglərinə hərəkət etməyi dayandıracağını bildirmişdi.

Nazirlik rəsmisinin verdiyi məlumata görə, son variantı üzərində işlənilən  təklifin məqsədi texnologiya şirkətlərinə terrorizm və ya kiber təcavüz kimi cinayət tərkibli maddələrin öz platformalarına keçməsinə imkan vermək və platformalar qanuni məzmuna mane olduqda istifadəçilər üçün şəffaflığı artırmaqdır.

"Bu islahatlar canlı, açıq və rəqabətli bir interneti qorumaqla yanaşı ABŞ Ədalət Naziri William Barr platformaların qanunsuz və təhqiramiz məzmunla olan paylaşımlarının idarə olunan olmağını  təmin etməyi hədəfləyir." -deyərək vurğulayıb

Twitter və digər texnologiya şirkətləri ilə sosial media platformalarında mühafizəkar səslərin senzuraya məruz qalmasına görə mübarizə aparan ABŞ Prezidenti Trump, May ayının sonunda internet şirkətləri tərəfindən qaldırılan qanunu ya ləğv edəcək ya da zəiflədən bir qanun təklif edəcəyini deyib.

Müəllif: Aynur Qəniyeva