2020-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 14,567 milyard manatlıq istehlak malları alıb
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,7% azdır.
hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,7%-i ərzaq məhsulları, içki və tütün məmulatlarının, 14,9%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,8%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Komitənin məlumatında həmçinin "yanvar-may aylarında istehlak mallarının 23,6%-i ticarət müəssisələri, 49,5%-i fərdi sahibkarlar tərəfindən, 26,9%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün real ifadədə 13,4% artıb, fərdi sahibkarlar üçün 0,5%, bazar və yarmarkalarda 15,1% azalıb."-deyə qeyd olunur.
Müəllif: Aynur Qəniyeva
