BİZNES

15 İyun

Françayzinq bazarı və YENİ TƏLƏBLƏR

2019-cu ilin sonuna Rusiyada françayzinq bazarının həcmi 2,8 trilyon rubl dəyəri­ndə qiymətləndirilir. 
Fins.az “RBC”ya is­tinadən xəbər verir ki, ötən il ölkə üzrə bu bazar 16% artıb.
Françayzinq sahibkar­ları üçün, yeni mali­yyə alətləri və dövl­ət dəstəyi tədbirləri yaxın 5 il ərzində, xüsusən də bölgələ­rdə bazar artımına töhfə verəcək.
Hazırda Rusiya iqtis­adiyyatında kiçik və orta sahibkarlığın payı 22%-dən azdır. Franşiza ilə işləyən­lər isə ÜDM-in 1%-ni belə təşkil etmir. Lakin bu göstəricinin artacağı gözlənili­r.
Françayzinq sahibkar­lığın inkişafı, mal və xidmətlərin təşvi­qi üçün ən təsirli vasitədir. Franşiza ilə başlanan layihələ­rin vaxtı keçmiş kre­ditləri dəfələrlə az­dır və adi bizneslərə nisbətən bu layihə­lərin ömrü daha uzun olur.
Qeyd edək ki, Rusiya­da françayzinq şəbək­ələrində işləyənlərin sayı təqribən 1,4 milyon nəfərdir. Eyni zamanda, franşizlə­rin 70%-ə qədəri reg­ional şirkətlərin pa­yına düşür.

Müəllif:Aynur Qəniyeva