BİZNES

12 İyun

Inditex 1200-dən çox kiçik mağazasını bağlayacaq

Inditex tarixində ilk dəfə korona virusunun yayılmasının ona zərər verdiyini və 1200-dən çox kiçik mağazanın bağlanacağı açıqlandı.

Fins.az “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə  Inditex səlahiyyətliləri Türkiyədəki 229 mağazanı bu ilin sonuna qədər bağlamağı düşündüklərini bildiriblər.

Dünyadakı tekstil sahəsində aparıcı oyunçulardan biri olan "Inditex", öz tarixində ilk 1200-dən çox kiçik mağazanın bağlanacağını açıqladı.

Inditex, tarixində ilk itkisini, 1 Fevral - 30 Aprelləri əhatə edən ilk rübdə 409 milyon avro olduğunu açıqladı. Inditex satışlarının Covid-19 səbəbiylə 44 faiz azaldığı bildirilir. Keçən il eyni dövrdə 734 milyon avro gəlir əldə etmişdi.

Inditex-in ünyada bağlanan mağazalarından verilən məlumata görə, 2022-ci ilin planına görə,firma  450 yeni mağaza açacaq. Yeni mağazalar böyük kvadrat metrli olacaq və eyni zamanda mağazalara yeni texnoloji infrastrukturla təmin ediləcək. Bu mağzalarıbn açılması üçün şirkət  1.7. milyard avro investisiya yatıracaq.

Inditex eyni zmanda  internet satışlarında 50% artım olduğunu açıqlayıb. Şirkət rəsmiləri yaxın 3 ildə 1 milyard avro sərmayə ilə elektron ticarəti ikiqat artırmağı planlaşdırdıqlarını açıqlayıblar.

Qeyd edək ki, Inditex-ə  Zara, Massimo Dutti, Pull Bear, Bershka, Stradivarius, Oysho kimi markalar daxildir.

Müəllif:Aynur Qəniyeva