Microsoft rəhbəri Bill Gates pandemiya səbəbindən işi necə yenidən qurmalı olduqlarını və "yenidən normala" dönmək barədə nə düşündüyünü açıqlayıb.
Fins.az-ın məlumatına görə, o qeyd edib ki,"Koronavirus pandemiyası bütün insanları virusa qarşı çevirdi. Artıq sağlamlığa, var-dövlətə və rifaha çox böyük ziyan vurulub. Bu dünya müharibəsi kimidir, ancaq indi hamımız bir tərəfdəyik. Hər birimiz xəstəliyi öyrənmək və onunla mübarizə üçün vasitələr yaratmaq üçün başqaları ilə bir araya gələ bilirik. Qlobal yeniliyi zərərin azaldılmasının açarı kimi görürəm.
Micrasoft rəhbəri “İkinci Dünya Müharibəsi dövründə çox sayda yenilik, o cümlədən radarlar, etibarlı torpedalar və şifrələr müharibənin tez bitməsinə kömək etdi. Pandemiya eyni olacaq. İnnovasiyanı beş kateqoriyaya bölürəm: müalicə, vaksinlər, sınaq, əlaqə izləmə və açıqlıq siyasətindəki yeniliklər. Bu sahələrin hər birində nailiyyətlər olmasa, adi işə qayıda və ya virusun yayılmasını dayandıra bilməyəcəyik. "-deyə vurğulayıb.
Müəllif:Aynur Qəniyeva
