BİZNES

11 İyun

"Apple" və "Microsoft"-un kapitallaşması rekord həddə yüksəlib -1,5 TRİLYON DOLLARA ÇATIB

Apple və Microsoft kapitallaşması 1,5 trilyon dollara çatan ilk şirkətlərdir. NASDAQ birjasında müntəzəm ticarət zamanı Apple səhmlərinin qiyməti 352 dollara, Microsoft isə 196 dollara yüksəlib.

Fins.az Rusiya KİV-nə istinadən xəbər verir ki, digər texnoloji nəhəngləriin də  kapitallaşması artıb. Amazon-da 1,3 trilyon dollara, Alphabet-də (Google-a məxsus) 1 trilyon dollara yüksəlib.

Barronsun sözlərinə görə, bu dörd şirkətin səhmlərində rekord artım əsas indekslərin azalması fonunda baş verir. Beləliklə, SP 500 indeksi 0,5%, Dow Jones isə 1% azalıb.

Nəşr Apple və Microsoft-un səhmlərinin yüksəlməsinə həm də ABŞ-da koronavirus infeksiyası və etirazların yayılması ilə əlaqəli böhrana səbəb olduğunu göstərir. Yüksək texnologiyalı şirkətlərin qiymətli kağızları sərmayəçilər tərəfindən vəsaitlərə qənaət baxımından olduqca etibarlı hesab olunur.

Müəllif:Aynur Qəniyeva