BİZNES

11 İyun

Azərbaycan və Ermənistan sərhəddə radiotezliklərin "bölünməsi" barədə razılığa gəlib

Ermənistan və Azərbaycan sərhəddə radiotezliklərin "bölünməsi" barədə razılığa gəliblər.

Fins.az "armeniasputnik"-ə istinadən xəbər verir ki,bu barədə bazar ertəsi Yüksək Texnologiyalar naziri Hakob Arşakyan 2019-cu il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı məlumat verib.

"2019-cu ildə Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanla üç görüş keçirilib" deyə Arşakyan qeyd edib.

Onun sözlərinə görə, müzakirə mövzusu sərhəddə tezliklərdə yaranan problemlər olub. İndiyə qədər Bakı ilə danışıqlar nəticəsiz qalmışdı, tərəflər Ermənistanın hansı tezliklərdən və Azərbaycanın hansı tezliklərdən istifadə edəcəyinə dair razılığa gələ bilməmişdilər.

O "Ancaq son üç görüş nəticə verdi. 134 tezliklə bağlı razılaşma əldə edildi və indi bunlar sərbəst istifadə olunur" deyə qeyd edib.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) telekommunikasiya və radio sahəsində tövsiyələri müəyyənləşdirən, eləcə də radiotezliklərin beynəlxalq istifadəsini (radio tezliklərinin təyinatı və ölkə üzrə paylanması) tənzimləyən beynəlxalq bir təşkilatdır. 1865-ci ildə Beynəlxalq Teleqraf İttifaqı olaraq yaradılıb, 1947-ci ildən bu yana Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış bir qurumu kimi fəaliyyət göstərir.

Müəllif:Aynur Qəniyeva