Ozon onlayn mağazasının 2020-ci ilin I rübü üçün dövriyyəsi 115% artaraq 31,6 milyard rubla çatıb.
Fins.az RBC-ya istinadən xəbər verir ki, cari ilin aprel ayında dövriyyə 14,9 milyard rubl təşkil edib. Bu göstərici bir il əvvələ nisbətən üç dəfə çoxdur. Şirkət dəqiq xalis gəlir və mənfəət rəqəmlərini açıqlamır.
Ozon 1998-ci ildən fəaliyyət göstərir. 2020-ci ilin yanvar-mart aylarında dövriyyə artımı son 15 ildə rekord səviyyədə artım müşahidə edildiyini deməyə əsas verir.Belə ki,bir çox istehlakçının onlayn almaq vərdişi var, çatdırılma da inkişaf edir,
2019-cu ildə, öz məlumatlarına görə, Ozonun dövriyyəsi 93% artaraq 80,7 milyard rubla çatıb. Bu göstəricilərə əsasən Ozon, Rusiyada üçüncü ən böyük onlayn mağazadır.
Müəllif:Aynur Qəniyeva
