Ticarət platformasına qarşı iddia qaldırılıb. Bitcoin və digər kriptovalyutaların qiymətini manipulyasiya etməkdə, pulların yuyulmasında və ABŞ qanunvericiliyində lazımi lisenziyasız işləməkdə şübhəli bilinir.
Fins.az RBC-ya istinadən məlumat verir ki,may ayında BitMEX Bitcoin Manipulation Abatement LLC platformasını fırıldaqçılıqda ittiham edən yeni bir tələb irəli sürüb. Şikayətçi məhkəmədən mübadilə və müştərilər arasında elektron poçt vasitəsilə bütün yazışmaların dondurulmasını istəyib. Bu məlumatlar platformanın ABŞ-dan olan istifadəçilərə lisenziyasız xidmətlər göstərdiyini və bununla da ölkənin qanunlarını pozduğunu təsdiqləyə bilər.
Müəllif: Aynur Qəniyeva
