2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-may aylarına nisbətən 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,0 faiz artıb.
Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz azalmış (deflyasiya), əvvəlki ilin may ayına nisbətən 2,9 faiz artmışdır.
2020-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz azalmış, əvvəlki ilin may ayına nisbətən 5,7 faiz artmışdır.
