BİZNES

10 İyun

Azərbaycanda bu məhsulların qiyməti UCUZLAŞIB

2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-may
aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə
105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə
101,0 faiz təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb  

Məlumata görə. bu ilin istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin may ayına nisbətən 102,9 faiz təşkil edib.

2020-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 98,7 faiz, əvvəlki ilin may ayına nisbətən 105,7 faiz
təşkil edib.Aprel ayına nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın,çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun qiymətində olub.