2020-2021-ci illər üzrə "Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" layihəsinə qeydiyyat 30 iyun 2020-ci il tarixinədək uzadılıb.
"Azercosmos" ASC-dən verilən məlumata görə, layihəsinin əsas məqsədi "Azərbaycanda peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən "Azersky" peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.
İştirakçılar aşağıdakı keçiddəki iştirak formasını doldurmaqla layihələrini reallaşdıra bilərlər.
