BİZNES

08 İyun

“Azərbaycandakı Amerika Ticarət Palatası"-nda yeni təyinat

“Amerika Ticarət Palatası"-nda yeni təyinat olub 

Fins.az xəbər verir ki, Tural Vəzirov “Amerika Ticarət Palatası"-nın (AMCHAM) Satınalma komitəsinə  sədr müəvini təyin olunub 

Bu barədə o sosial şəbəkədə olan hesabında məlumat yayımlayıb.O, hazırda  PMDGroup şirkətində baş kommersiya inzibatçısı vəzifəsində çalışır 

Qeyd edək ki, daha əvvəl o PMDGroup şirkətində Planlaşdırma, xərclərə nəzarət, satınalma və müqavilə və Tikinti idarəetmə şirkətində satınalma, tender və müqavilə idarəetmə məsələləri üzrə şöbə müdiri işləyib 

Müəllif:Aynur Qəniyeva