Koronavirus (COVID-19) pandemiyasının iş tərzinə təsiri ilə bağlı yeni bir araşdırmasına görə, uzaqdan işləmək rejiminə keçən işçilərin 73% -i hələ də rəqəmsal savadlılığı artırmaq üçün heç bir tövsiyə almayıb və onları kiber risklərdən qorumaq üçün hazırlanmış təlimlərdən keçməyib.
Bu barədə “Kaspersky” məlumay yayımlayıb
Bildilir ki, indiki şəraitdə, şirkətlər üçün korporativ məlumat təhlükəsizliyini təmin etmək daha çətindir. Məsələn, respondentlərin 27% -i COVID-19-la əlaqəli fişinq məktubları aldıqlarını söyləyib. Kiber risklərin qarşısını almaq üçün təşkilatlar öz işçilərinə kiber təhlükəsizlik qaydaları haqqında təlim keçməlidirlər.
Uzaqdan işləmək, korporativ istifadəçilərin boşluğu olan Wi-Fi nöqtələrinə bağlanması və ya işçi heyəti tərəfindən kölgə İT mənbələrindən istifadə edilməsi kimi problemlərə səbəb ola bilər.
Kaspersky-nin araşdırmasına görə, bir çox işçilər həqiqətən də şirkətlərin İT şöbələri tərəfindən təsdiqlənməyən onlayn xidmətlərdən istifadə etməyə başlayıblar. Söhbət sözdə kölgə İT-dən gedir: videokonfrans xidmətləri (70%), messencerlər (60%), faylların saxlanması üçün bulud xidmətləri (53%) və s.
Kaspersky, təşkilatlara kiber təhlükəsizliyi təmin etmək üçün bir sıra tədbirləri görməyi tövsiyə edir.
İlk olaraq işçilərin İT və ya kiber təhlükəsizliklə bağlı problemləri olduqda kiminlə əlaqə quracağını bildiyinə əmin olmaq lazımdır. Şəxsi cihazlarla işləmək məcburiyyətində olanlara xüsusi diqqət yetirmək və onlara xüsusi təhlükəsizlik tövsiyələri verin və müvafiq siyasət təqdim etmək gərəkdir.
İşçilərin onlayn, o cümlədən rəqəmsal savadlarını artırmaq üçün təlimlər planlaşdırılmalıdır. Bu, onlara hesablarını və şifrələrini idarə etməyi, e-poçt və son cihazların təhlükəsizliyini təmin etməyi öyrədir. Bu məqsədlər üçün, Kaspersky və Area9 Liseyi "Həyatda və işdə pandemiya zamanı təhlükəsizlik" adlı pulsuz onlayn kurs hazırlayıb;
Həmçinin parol təyin etmək, iş cihazlarını şifrələmək və məlumatların ehtiyat nüsxəsini hazırlamaq da daxil olmaqla korporativ məlumatları və cihazları qorumaq üçün vacib tədbirlər görülməlidir.
Əlavə olaraq cihazların, proqramların, tətbiqlərin və xidmətlərin mütəmadi olaraq yeniləndiyinən əmin olmaq vacibdir.
“Kaspersky Endpoint Security Cloud” kimi sübut olunmuş təhlükəsizlik proqramını mobil cihaz daxil olmaqla, bütün son cihazlara quraşdırlması məsləhətdir. Bu, iş məqsədləri üçün yalnız təsdiq edilmiş onlayn xidmətlərin istifadə olunmasını təmin edəcək.