“Azərkosmos” Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder şirkət olan “Space Engineering” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Fins.az xəbər verir ki,bu barədə “Azərkosmos” məlumat yayımlayıb
Məlumata görə,bu əməkdaşlığa əsasən “Space Engineering” provayderi vasitəsilə “Mwangaza” televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq.
Kenya Respublikasında yayımlanan və təxminən 50 milyona yaxın izləyici və dinləyici auditoriyasına malik olan “Mwangaza” kanalında ingilis dilində gündəlik xəbərlər və sosial-iqtisadi mövzulu proqramlar nümayiş olunur.
Müəllif:Aynur Qəniyeva