2020-ci ilin I rübündə Azərbaycana ətir və tualet suyu idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 24,2% artıb, dəyər ifadəsində 5,6% azalıb.
“Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 435,29 ton, dəyəri $4 milyon 792,4 min təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-mart aylarında Fransadan $1 milyon 560,16 min dəyərində 21,72 ton (miqdar ifadəsində artım 2,5%, dəyər ifadəsində azalma 22,3%) ətir və tualet suyu idxal edilib.
Bundan başqa, iri tədarükçülər sırasına Rusiya ($509,52 min dəyərində 67,68 ton), İtaliya ($489,14 min dəyərində 7,74 ton), Türkiyə ($457,69 min dəyərində 60,16 ton), Çin ($456,33 min dəyərində 215,8 ton), Böyük Britaniya ($272,23 min dəyərində 2,07 ton), Polşa ($259,85 min dəyərində 23,76 ton), BƏƏ ($247,49 min dəyərində 15,3 ton) və İspaniya ($239,04 min dəyərində 7,76 ton) daxildir.
2019-cu ildə Azərbaycana $18 milyon 849,54 min dəyərində 1 min 636,91 ton, o cümlədən Fransadan $7 milyon 99,47 min dəyərində 95,93 ton ətir və tualet suyu idxal edilib.