2020-ci ilin yanvar-aprel aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($46,8 milyon), özəl şirkətlər arasında isə “SOCAR Polymer” ($41,5 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"-da məlumat verilir
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “Azərenerji" ASC ($34,1 milyon), "Azəralüminum" MMC ($20,5 milyon), "AzerGold" QSC ($19 milyon), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC ($10,8 milyon), "Azərbaycan Hava Yolları” ($3,9 milyon), ”Azərbaycan İES” MMC ($822 min), «Azərtütün Aqrar Sənaye Kompleksi» MMC ($426 min), Naxçıvan Dövlət Energetika Xidməti ($240 min), «ASK AzərSüşə» MMC ($166 min).