BİZNES

31 Mart

Azərbaycan kapital və əmlak amnistiyasına hazırlaşır

“İqtisadiyyatımızın ixrac yönümlüyünü saxlamaqla və genişləndirməklə daxili istehsal və istehlakın həvəsləndirilməsinə yönəldilmiş tədbirlər daha geniş yer alır. Biz məşğulluğun qorunması və genişləndirilməsini başlıca vəzifəmiz kimi görürük”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda səsləndirib.

M.Cabbarov əlavə edib ki, özəl sektor kapital və əmlak amnistiyası olmasını təklif edib: “Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə olunub. Bu gün sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılmasının vəsadətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə, sizin diqqətinizə təqdim edəcəyik”.

©Report