Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar hesabatın təqdim olunması müddəti mayın 1-dək uzadılır.
Fins.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayımlayıb
Məlumatda bildilir ki, dövlət müəssisə və təşkilatları tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma” sı hər il aprelin 1-dək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir.
Müəllif;Aynur Qəniyeva