BİZNES

29 Mart

Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu azalıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar sahələrə 700 min manat həcmində sərmayə qoyulub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu fəaliyyətlə bağlı sərmayələrin həcmi 28,6% azalıb. 

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7% çox vəsait yönəldilib.

Məlumata əsasən, ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunda bu kateqoriyaya sərmayələrin xüsusi çəkisi 0,04 %-dəkdir.