BİZNES

29 Mart

Azərbaycanda bütün müəllim və şagirdlər üçün "Adobe Connect" lisenziyaları pulsuz oldu

Azərbaycanda məktəblər üçün distant təhsil proqram təminatı pulsuz oldu . ABŞ-ın "Adobe" şirkəti distant təhsil üçün nəzərdə tutulan "Adobe Connect" proqramının lisenziyalarını Azərbaycanın bütün müəllim və şagirdləri üçün tam olaraq təmənnasız etdi.

Bu barədə fins.aza "PulPal" şirkətindən deyiblər. Şirkətdən məlumat verilib

Məlumatda bildirilir ki, ilkin olaraq lisenziyalar Bakı şəhərinin 8 saylı orta məktəbinin müəllim və şagirdlərinə təqdim olunub. "Biz hazırda lisenziyaları təqdim etmək üçün müraciətlərin qəbuluna başlamışıq",-  deyə şirkətdən bildirilib