BİZNES

11 Fevral

Mikayıl Cabbarovdan Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması məsələsinə münasibət

Azərbaycan hökuməti ölkə xaricində ticarət evlərinin açılmasını dəstəkləyir”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması məsələsinə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, bu cür evlərin açılmasında yanaşma ondan ibarətdir ki, ticarət evlərinin fəaliyyəti daimi və dayanıqlı olmalıdır: “Ticarət evləri dayanıqlı əsaslarla açılmalıdır, onun fəaliyyət modeli, özəl və ya dövlət tərəfindən xərcləri müəyyən edilməlidir. Əgər özəl sektorda belə maraq varsa, birmənalı şəkildə dəstəkləməyə hazırıq”.

M.Cabbarovun sözlərinə görə, iki ölkə arasında iqtisadi-ticari əlaqələr yüksələn xətt üzrə inkişaf edir: “2019-cu ilin nəticələrinə görə, ölkələr arasında ticarət dövriyyəsi 11%-dən çox artıb. Bu artım əsasən Azərbaycan məhsullarının Gürcüstan bazarına ixracı hesabına baş verib”.

Nazir Gürcüstanın Azərbaycan üçün vacib tərəfdaş ölkə olduğunu deyib: “Gürcüstanda çox sayda soydaşımız yaşayır. Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən bu ölkədə həyata keçirilən layihələrdə bu faktor nəzərə alınır”. 

O, Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişlənəcəyinə inandığını bildirib.

(c)Report