Belçikanın qlobal tikinti avadanlıqları şirkəti “Sarens” Azərbaycan bazarına daxil olur.
Fins.az xəbər verir ki, 10 Yanvar 2020-ci il tarixində Vergilər Nazirliyi “Sarens Azərbaycan” şirkətini dövlət qeydiyyatına alıb.
Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Fuad Ramiz oğludur.
“Sarens Azərbaycan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr ev 48. m22-dir.
"Heç nə həddindən artıq ağır, heç nə həddindən artıq yüksək deyil" şüarı ilə fəaliyyət göstərən “Sarens” 60 ildən çoxdur ağır kran, lift və digər qurğular təklif edir.