BİZNES

11 Fevral

Şirkətlərə YENİ TƏLƏB

Nazirlər Kabineti “Sudan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Qərar qəbul edib. 

 

Fins.az xəbər verir ki, bu Qərara əsasən hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

 

Eyni zamanda tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

 

Bu Qərarın ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcəyi gözlənilir.