Sadələşdirilmiş verginin ödəyiciləri kimlərdir?
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:
- mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;
- idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;
- mülkiyyətində olan torpaq, yaşayış (fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələri istisna olmaqla) və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər (torpaq, yaşayış və qeyri-yaşayış sahəsi hədiyyə, maddi yardım və miras kimi vergi ödəyicisinin ailə üzvlərindən alındıqda, ”Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa əsasən ödənilən kompensasiya ödənildikdə, ər və arvad (və ya keçmiş ər- arvad) arasında verildikdə istisna olmaqla);
- fəaliyyətləri zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri(foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər, nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olan şəxslər (aylıq sabit vergi məbləği üzrə).
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:
- ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 000 manat və ondan az olan şəxslər;
- vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;
- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər.
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər:
- aksizli mallar istehsal edən şəxslər;
- kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
- qeyri-dövlət pensiya fondları;
- əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;
- mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər (vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan sadələşdirilmiş vergitutma metodunu seçmiş ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər və mütləq qaydada sadələşdirilmiş verginin ödəyicisi olmalı şəxslər istisna olmaqla).